"Bakıda bu restorana girə bilmək üçün xüsusi tapşırıq lazımdır?"
Gündəm / Aktual
Bu gün, 10:41
11
Bakıda maraqlı interyerə malik “ŞirvanŞah” muzey-restoranı əvvəlcə diqqət çəkirdi. Təxminən 2 il əvvəl orada 20-25 nəfərlik səviyyəli bir toplantı keçirmişdim – xatirələr hələ də yaddaşımda.
Tanınmış jurnalist Xəyal Tağıyev sosial şəbəkə hesabında başına gələnləri belə bölüşüb:
“Düşündüm ki, bu dəfə də həmin yerdə 20 nəfərlik masa sifariş edim. Lakin interyer və ümumi atmosferdən başqa hər şey mənfiyə doğru dəyişmişdi.
Administratorun müştərini qarşılamasından tutmuş yeməklərin keyfiyyətinə qədər - hər şey əvvəlki səviyyədə deyildi. Belə görünür ki, Azərbaycanda restorana getmək də indi bir tapşırıq kimi olub...” (DİA.AZ)
