MƏTBUAT ŞURASININ TANINMIŞ ÜZVÜ “MİSLİ”Nİ YIXIB-SÜRÜDÜ – FOTO

Gündəm / Ölkə
8-12-2022, 15:52 104

Mətbuat Şurasını idarə heyətinin üzvü Fərid Pərdəşünas “Misli” qumarının biabırçılığından danışıb.

Tribunainfo.az xəbər verir ki, o, xüsusilə idman kanallarında “Misli”nin həddən artıq reklam edilməsini biabırşılıq adlandırıb:

“Başa düşürəm, kanallar reklamdan pul qazanır, amma gambling reklamları bu qədər vaxt almalı deyil efirdə. Nəzərə almaq lazımdır ki, bu vərdişə çevrilən və aslılıq yaradan növdəndir. Ümumiyyətlə, CBC Sport barəsində kəskin bir tənqidim var ki, bu kanalın adı dəyişib, Misli TV olmalıdır. Adamlar az qala ekrandakı hər pikseli “Misli”yə satıb. Az qalır aparıcı və şərhçilərin adlarını da dəyişib “Misli” etsinlər”.

F.Pərdəşünas bildirib ki, Dünya Çempionatının fasilələrində “Misli” ekrandan çıxmır:

“Bu artıq reklamlıqdan çıxıb, birbaşa çağırışdır, insanları yönəltmədir. Bu hal reklam haqqında qanunvericiliklə tənzimlənməlidir. Gambling reklamları müəyyən reklam vaxtı əldə etməlidir. Əlavə olaraq insanları varlarlandıran, həyatlarını xilas edən, uğur hekayələri kimi reklam tərkibinə icazə verilməli deyil”.


Tribunainfo.az