"Azəriqaz" adına AÇIQ TALAN... - NARAZILIQ VAR!

Gündəm / Cəmiyyət
9-12-2022, 12:59 201
 
10 il kirayələrdə onun bunun cibini doldurandan sonra axır ki, 2 ay öncə ev aldıq. Elə bilirdim daha başqasının cibini doldurmağımız bitəcək. Elə deyilmiş, Azeriqaz IB nın görünür ömür boyu cibini doldurmaq məcburiyyətindəyik.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri jurnalist Nurlan Cəfəri özünün facebook hesabında yazıb. O bildirir ki "cəmi bir neçə gün limitlə qaz işlətdik, 10 gün tamam olmamış limiti keçdiyimizi göstərdi sayğac və komediya o gündən etibarən başladı. Ödədiyimiz pulun yarısı qədər qaz verir bizə öz adını öz ana dilində, ana dili şrifti ilə yaza bilməyən şirkət!

Azəriqaz bütün ölkə əhalisinin cibinə girirmiş amma fərqli faizlərlə. Biri yazır "50 manata 45 manatlıq qaz oturur, "biri yazır" 50 manata 20 manatlıq qaz oturur" və s. Mən burdan Azəriqaz rəhbərliyinə üzümü tutaraq soruşmaq istəyirəm, biz xalq olaraq hansınızın villasının pulunu ödəyirik?

Hansınızın cibini doldururuq? Ailəmizin hər ödədiyi 50 manatın 25 manatı karta oturanda yerdə qalan 25 manat kimin cibinə gedir, kimin milyonlar qazanması üçün biz işləyib qazanıb əlimizdən gələni edirik hansısa rəhbərliyin pulunun toplanması üçün?

Dövlət nə vaxt bir əncam çəkəcək buna? Gərək elə qaramaskalılar həll eləsin bunu da? Bəlkə artıq cibimizə girməyi dayandırasınız?"

Bütün iddia olunanlarla bağlı "Azərbaycan Reallığı" olaraq adı çəkilən qurumun mövqeyini dinləməyə hazırıq.

AZƏRBAYCANREALLIĞI.COM