Sumqayıt Bulvar İdarəsinin direktor müavinin məhkəməsi olacaq - Dələduzluq etdiyinə görə Zakir Fərəcov bu dəfədə Seymur Məmmədovu xilas edəcək?
Gündəm / Cəmiyyət
12-12-2022, 09:21
471
Sabah Bakı Apellyasiya Məhkəməsində dələduzluğa görə təqsirləndirilən Sumqayıt Bulvar İdarəsinin director müavini Seymur Məmmədovun məhkəməsdir. Bildirək ki, şikayətçilər Elşən Rəhmanlı ilə Elmir Şəmiyev Seymur Məmmədovun ortağı Çingiz Təhməzovu dələduzluqda ittiham edirlər. Şikayətçilər iddia edirlər ki, Seymur Məmmədovla ortağı Çingiz Təhməzov onlara qarşı dələduzluq edərək, onları külli miqdarda ziyana salıblar. Elmir Şəmiyevlə Elşən Rəhmanlının şikayəti əsasında Seymur Məmmədovla Çingiz Təhməzov 178.3.2 maddələri ilə təqsirləndirilir.
Masazır qəsəbəsində ev ev tikintisi ilə məşğul olublar və həmin vaxtlarda xeyli vətəndaşı aldadıblar.
Bildirək ki, Seymur Məmmədovun bir neçə il bundan öncə Abşeron rayon Memarlıq-tikinti şöbəsinin müdiri vəzifəsində işləyərkən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılması ilə bağlı mətbuatda xəbər yayılmışdı. Ancaq həmin vaxt Seymur Məmmədovun icra başçısı Zakir Fərəcov tərəfindən həbsdən xilas edildiyi deyilir.
Mövzuya qayıdacağıq.