Nazir müavininin dəbdəbəli villası - FOTOFAKT

Gündəm / Sosial
26-12-2022, 13:53 128


Təshil nazirinin müavini Muxtar Məmmədov özünə Şüvəlan qəsəbəsində 3 mərtəbəli villa tikdirib.

Tereqqi.az xəbər verir ki, bu barədə Faktemdia.az məlumat yayıb.

Geniş həyətyanı sahəyə sahib olan villada yaşayışın olmadığı iddia edilir.

Nazirlikdən sözügedən məsələnin onların səlahiyyətinə daxil olmadığı bildirilərək, yayılan məlumata münasibət bildirilməyib.

Qeyd edək ki, Muxtar Məmmədov 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb və ikinci katib vəzifəsinədək yüksəlib.

2013-cü ildən isə Təhsil Nazirliyində çalışır. Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsində sektor müdiri, müdir müavini və şöbə müdiri vəzifələrində işləyib. 2018-ci ilin yanvar ayından isə Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edirdi. Hazırda o, təhsil nazirinin müavini vəzifəsini yerinə yetirir.