“İrşad Electronics” bir nəfərə verdiyi 2-3 kreditə görə MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT

Gündəm / Sosial
Bu gün, 16:36 13
“İrşad Electronics” bir nəfərə verdiyi 2-3 kreditə görə MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT


“İrşad”ın müştəriləri ilə borc mübahisəsi məhkəmədə yekunlaşıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “İrşad Electronics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) müştərisi ilə bağlı Daşkəsən Rayon Məhkəməsinə müraciət edib.

?“İrşad Electronics” MMC cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan bir müqaviləsi üzrə 239 manat əsas, 36 manat cərimə borcu olmaqla cəmi 275 manat borc, digər müqavilə üzrə 98 manat əsas, 15 manat cərimə borcu olmaqla cəmi 113 manat borc, ümumilikdə iki müqavilə üzrə 337 manat əsas, 50 manat cərimə, 388 manat cəmi borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılması xahiş edilib.

Məhkəmə iddia tələbini qismən təmin edib. Cavabdehdən ümumilikdə 369 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq “İrşad-Electronics” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılıb.

?Bundan əlavə “İrşad Electronics” MMC Daşkəsən Rayon Məhkəməsində daha bir müştərisinə qarşı iddia qaldırıb.

MMC cavabdehdən 2025-ci ildəki müqaviləyə görə 940 manat əsas borc, 141 manat cərimə borcu olmaqla, cəmi 1081 manat borc, digər müqavilə üzrə 220 manat əsas borc, 33 manat cərimə borcu olmaqla, cəmi 253 manat borc, həmin il bağlıdığı 3-cü müqavilə ilə 636 manat əsas borc, 95 manat cərimə borcu olmaqla, cəmi 731 manat borc olmaqla ümumilikdə üç müqavilə üzrə 1796 manat əsas, 269 manat cərimə, 2065 manat cəmi borcun və 41 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

Bu iddia tələbi də qismən təmin edilib. Cavabdehdən üç müqavilə üzrə ümumilikdə 1795.7 manat pul vəsaiti və ödənilmiş 39.65 manat dövlət rüsumu tutularaq “İrşad Electronics” MMC-yə ödənilməsi barədə qətnamə verilib.

Qeyd edək ki, “İrşad-Electronics” bundan əvvəl İmişli, Ağdam, Şəki, Şəmkir və Sabirabad rayonlarından, həmçinin Gəncə şəhərindən və Bakının Sabunçu, Nizami rayonundan olan müştərilərinə qarşı iddia qaldırmışdı.