“Texpasport”-a 190 manat rüşvət aldılar – FOTO

Gündəm / Ölkə
24-01-2023, 13:49 99


1 ay bundan öncə dostumun maşınını idarə edəndə onun “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini”(Texpasport dediyimizi) itirmişdim. Alınma prosedurunu və çıxan xərci olduğu kimi yazıram.

21 yanvar 2023-cü il tarixində Baş Dövlət Yol Polis İdarəsinə(bundan sonra BDYPİ) yaxınlaşdıq. 4-cü otaqda Nicat adlı kapitan 500 manat qarşılığında 1 günə verə biləcəyini dedi. Rüşvətsiz olsun deyən kimi qanunlar işə düşdü.

Rayon qeydiyyatısınız burda ala bilməzsiniz, 15 gündən tez mümkün deyil, belə asan veriləcək sənəd deyil və s. Həmin gün 4 dəfə get-gələ saldılar.
Bütün oyunların 500 manatın başında olduğunu bildim. Təklif etdim ki, indi 500 manatı verirəm sabah sənəd hazır olsun. Yaxın durmadı. Məsələ necə olubsa, BDYPİ-də bir neçə rəhbər şəxsə bildirdim. Hörmətlə dinlədilər və yanvarın 23-ü sənədi gedib götürməyimi bildirdilər.
Bu gün dostum maşını aparıb BDYPİ-yə və uzun süründürməçilikdən sonra müxtəlif otaqlarda toplam 190 manat almaqla sənədi veriblər. 1-ci otaqda 20 manat, 2-ci otaqda 10 manat, 3-cü otaqda 10 manat, 5-ci otaqda da 150 manat alıblar.
Bu da dosta verdiyim xeyir.

Açıq deyim ki, təmiz bezmişəm. Ən gözəli rədd olub getməkdir.

P.S. 2-ci və 3-cü otağın qabağında bir nəfər qışqırırmış ki, rüşvət verib özünüzü loxlatmayın.sarkazm.az