Reklam Agentliyinin 613 minlik tenderini “Bakı Media Mərkəzi” uddu
Gündəm / Cəmiyyət
23-02-2023, 19:26
142
Azərbaycan Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq Tender) qalibi məlum olub.
Tender müsabiqəsinin qalibi “Bakı Media Mərkəzi” MMC (VÖEN – 1402552521) olub.
“Bakı Media Mərkəzi” MMC Dövlət Reklam Agentliyinin sifarişi əsasında müxtəlif məzmunlu fotomateriallarla bağlı çap işləri həyata keçirəcək. Görüləcək işlərin qarşılığında “Bakı Media Mərkəzi” MMC Reklam Agentliyindən 631 min 300 manat alacaq.
Məlumat üçün onu da bildirək ki, Dövlət Vergilər Xidmətinin reyester məlumatlarında “Bakı Media Mərkəzi” MMC barədə məlumatlar ictimaiyyət üçün açıq deyil.
Mətbuatda yer alan məlumatlardan belə görünür ki, 2013-cü ildən fəaliyyət göstərən “Bakı Media Mərkəzi” MMC-nin təsisçisi və prezidenti Arzu Əliyevadır.Yeniavaz.com