Gömrük sistemində NƏ BAŞ VERİR? - İSLAHAT BUDUR?

Gündəm / Dünya
9-03-2023, 18:26 144
Gömrük sistemində NƏ BAŞ VERİR? - İSLAHAT BUDUR?
[quote][/quote]

"Son zamanlar Dövlət Gömrük Komitəsinin strukturlarında dəyişikliklərdən bəhs edilir. Lakin bu günə kimi ürəkaçan heç bir şey yoxdur". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Hal-hazırda gömrük komitəsinin rəhbərliyində təmsil olunan bəzi şəxslər öz maddi və digər maraqları naminə işlərini qurmaqda israrlıdırlar. Bunlardan biri və deyərdik ki, birincisi elə DGK sədrinin müavini Bəhruz Quliyevdir. Belə ki, 2018-2022-ci illərdə rəhbərlik etdiyi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində öz korrupsiya şəbəkəsini qurması ilə bu adam diqqətə gəlib.

Hal-hazırda komitəyə rəhbərlik edən Şahin Bağırova yanlış məlumatlar verərək, özünə yaxın adamları peşəkar və təmiz bir əməkdaş olduğunu bildirərək, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində müxtəlif vəzifələrə təyin olunmasına davam etməkdədir. Bunlardan ən birincisi, hazırda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müvəqqəti rəhbərlik edən Anar Cahangirovdur. O A. Cahangirov ki, hələ Kəmaləddin Heydərovun dövründə Karqo Terminalında inspektor işləmiş bir şəxs olub. Bu adam inspektor vəzifəsini daşıdıqda, faktiki yük şöbəsində gedən bütün prosesslǝrǝ nəzarət edib və pul yığımına məsul şəxs olub.

Anar Cahangirovun Karqo terminalında çıxartdığı hoqqalarını, bu idarənin fəaliyyət zonasında işləyən iş adamları gözəl bilir.

Bu da DGK-də aparılan kadr islahatlarından qisa bir epizod. İndi bunların səmimiyyətinə və xoşməramlılığına NECƏ İNANAQ?"

DİA.AZ-dan: Həqiqətən də?

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...