Mərkəzi Bank iki tenderi "Ofis Plus"a verdi - NƏTİCƏ, MƏBLƏĞ

Gündəm / Ölkə
18-04-2023, 15:00 126
Mərkəzi Bank iki tenderi "Ofis Plus"a verdi - NƏTİCƏ, MƏBLƏĞ

Mərkəzi Bank dəftərxana və təsərrüfat mallarının alınması ilə bağlı iki tenderin nəticələrini elan edib.

Tereqqi.az FED.az-a istinadla xəbər verir ki, hər iki tenderin qalibi "Ofis Plus" MMC (VÖEN: 2005881591) seçilib.

Şirkətlə dəftərxana malları üçün 56 000, təsərrüfat malları üçün 109 885 manat məbləğində müqavilə imzalanıb.

İki tenderin birlikdə dəyəri 165 885 manatdır.