Yeni nazirin rəhbərlik etdiyi 518 milyonluq şirkətdə dəyişiklik olur - DETALLAR

Gündəm / Cəmiyyət
20-04-2023, 19:32 145
Yeni nazirin rəhbərlik etdiyi 518 milyonluq şirkətdə dəyişiklik olur - DETALLAR

“Agro Food İnvestments” MMC (VÖEN - 1404315581) nizamnamə kapitalını azaltdığını elan edib.

Tereqqi.az yeniavaz.com-a istinadla xəbər verir ki, “Agro Food İnvestments” MMC-nin direktoru Azərbaycanın yeni təyin olunan kənd təsərrüfatı naziri Məmmədov Məcnun Qadir oğludur.

Açıqlanan məlumatda bildirilir ki, nizamnamə kapitalının azaldılmasıyla əlaqədar olaraq kreditorlar bir ay müddətində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 153 ünvanına müraciət edə bilərlər.
Hazırda nizamnamə kapitalı 270 milyon 68 min 813 manat olan “Agro Food İnvestments” MMC kənd təsərrüfatının strateji sahələri sayılan südçülük fermaları, zeytun, badam bağları, tingçilik, qarğıdalı emalı, açıq tarla əkini (şəkər çuğunduru, arpa, qarğıdalı, soya və s), soyuq hava deposu və meyvə çeşidləmə, logistika və digər kənd təsərrüfatı və qida istehsalı sahələri üzrə işlər görür.
“Agro Food İnvestments” MMC-nin rəsmi saytında göstərilir ki, aşağdakı şirkətlər də bu şirkətin tərkibində fəaliyyət göstərirlər.

“Agro Food İnvestments” MMC-nin tabeliyində fəaliyyət göstərən bu şirkətlərdən birinin - nizamnamə kapitalı 52 milyon 560 min manat olan “Grand-Agro” MMC-nin direktoru da hazırda Məcnun Məmmədovdur.
Açqılanan rəqəmlərdən də göründüyü kimi hazırda kənd təsərrüfatı naziri Məcnun Məmmədov nizamnamə kapitalları ümumilikdə təqribən 518 milyon manat olan şirkətlərə rəhbərlik edir.
Qeyd edək ki, Neftçilər pr., ev 153 aktivlərinə görə ölkənin ən böyük şirkətlərindən biri olan “Paşa Holdinq”in yerləşdiyi ünvandır.
Onu da bildirək ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 2.2-ci maddəsinədə yazılır ki, sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının və qurumların vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır.