Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğatı kampaniyasının aparılması” layihəsinin təqdimat mərasimini keçirdi

Gündəm / Ölkə / Foto
27-04-2023, 19:14 287
Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğatı kampaniyasının aparılması” layihəsinin təqdimat mərasimini keçirdi

“Gənclərin Anti-Narkomaniya” ictimai birliyi “Qadın adı: hörmət və xəyanət” sənədli filminin çəkilməsi və qızlar arasında Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğatı kampaniyasının aparılması” layihəsinin təqdimat mərasimini keçirdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi tərəfindən həyata keçirilən “Qadın adı: hörmət və xəyanət” sənədli filminin çəkilməsi və qızlar arasında Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğatı kampaniyasının aparılması” adlı layihəsinin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimi Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 saylı tam orta məktəbdə baş tutub. “Qadın adı: hörmət və xəyanət” sənədli filminin nümayişində yalnız bu məktəbin 9-11-ci siniflərində təhsil alan qızlar iştirak ediblər.
Sənədli filmdə Azərbaycan cəmiyyətində, xüsusilə gənc nəsildə milli-mənəvi dəyərlərimizə söykənən “qadına hörmət” ənənəsinin mükəmməl formada formalaşması və bununla da, ümumən, Azərbaycan cəmiyyətinin dayaqlarının daha da möhkəmlənməsinə töhfə vermək, gənc nəsil arasında milli-mənəvi dəyərlərimizi təbliğ etmək barədə geniş bəhs edilir. Daha sonra isə, gələcəkdə möhkəm ailənin və bununla da möhkəm cəmiyyətin dayağı olan qızların milli-mənəvi dəyərlərimizə bağlılığını daha da möhkəmləndirmək, bu dəyərlərdən uzaqlaşmağın acı və, bir çox hallarda, faciəli nəticələri göstərilir. Filmin nümayişindən sonra çıxış edən məktəbin müəllimləri qızların təhsil almalarının vacibliyini vurğuladılar. Təqdimatda iştirak edən qız şagirdləri maraqlandıran suallara cavablar verildi.
Qeyd etmək lazımdır ki, “Qadın adı: hörmət və xəyanət” sənədli filmi “Aktual Media Group” mərkəzində hazırlanmışdır. Layihə rəhbəri Büllur Məmmədovadır. 
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi tərəfindən həyata keçirilən “Qadın adı: hörmət və xəyanət” sənədli filminin çəkilməsi və qızlar arasında Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğatı kampaniyasının aparılması” layihəsi 1 mart – 30 aprel 2023-cü il tarixləri əhatə edərək 2 (iki) ay müddətində icra olunub