GƏNCƏDƏ 55 KÜÇƏDƏ ASFALT ÖRTÜYÜ YARARSIZ VƏZİYYƏTƏ DÜŞÜB — AZƏRBAYCAN AVTOMOBİL YOLLARI DÖVLƏT AGENTLİYİ AÇIQLAMA VERMƏLİDİR!

Gündəm / Sosial
Bu gün, 16:45 10

Gəncə şəhərində 2024–2025-ci illərdə dövlət vəsaiti hesabına təmir edilən küçə və ərazilərdə yeni asfalt örtüyünün cəmi bir il ərzində yararsız vəziyyətə düşməsi ciddi narahatlıq doğurur. Verilən məlumata görə, problem 55 küçə və ərazini əhatə edir.

Həmin dövrdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə Saleh Məmmədov rəhbərlik edib. Bir neçə podratçı şirkətin həyata keçirdiyi işlərin keyfiyyəti və layihələrə nəzarətin səviyyəsi araşdırılmalıdır.

Məsuliyyət kimlərin üzərinə düşür?

- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi — layihələrin icrasına və keyfiyyətə nəzarətlə bağlı rəsmi açıqlama verməlidir.
- Saleh Məmmədovun rəhbərliyi dövründə məsul vəzifələr daşımış şəxslər — layihələrin qəbulunda və nəzarətində iştirakları araşdırılmalıdır.
-Podratçı şirkətlər- asfalt örtüyünün keyfiyyətinə və müqavilə öhdəliklərinin yerinə yetirilməsinə görə yoxlanılmalıdır.
- Hazırkı İdarə Heyətinin sədri Vüsal Nəsirli — məsələnin araşdırılmasını təmin etməli, qüsurların səbəbləri və görüləcək tədbirlər barədə ictimaiyyətə məlumat verməlidir.

Aidiyyəti qurumlardan tələb olunur ki, asfalt örtüyünün sıradan çıxma səbəbləri texniki ekspertiza ilə müəyyənləşdirilsin, müqavilələr və qəbul sənədləri yoxlanılsın, təqsiri müəyyən edilən şəxslər qanun qarşısında cavab versinlər. Zəmanət öhdəlikləri mövcuddursa, yolların əlavə dövlət vəsaiti xərclənmədən təmir edilməsi məsələsinə baxılmalıdır.

Dövlət vəsaiti hesabına çəkilən yollar bir il ərzində yararsız vəziyyətə düşürsə, buna görə cavabdeh olan şəxslər müəyyən edilməli və ictimaiyyətə konkret cavab verilməlidir!

PatriotNews.com.az