Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn olunacaq - FOTO

Gündəm / Sosial
13-05-2023, 09:35 111
Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn olunacaq - FOTO

Mayın 12-də, axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu Qəbələ şəhərinin sakini olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, o bu gün Qəbələ şəhərində dəfn olunacaq.

2001-ci il təvəllüdlü Məhəmməd Qarayev evin tək oğlu olub.