Yeni təyin olunan sədri çıxardılar başqasını təyin etdilər - "GÜNAY SIĞORTA"DA RƏHBƏR DƏYİŞİKLİYİ
Gündəm / Cəmiyyət
16-05-2023, 11:49
144
“Günay Sığorta” ASC-nin səhmdarlarının qərarı ilə İdarə Heyətinin sədri yenidən dəyişib.
Hikmət Salmalı sədr vəzifəsindən çıxarılıb, İdarə Heyətinin üzvü təyin edilib. Onun yerinə isə 2022-cı ilin dekabrında üzv seçilmiş Rzayev Pərviz Səxavət oğlu təyin edilib.
Hazırda İdarə Heyətində üzvlərin sayı ikidir.
Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 49.90%-i Yeganə Şirinova, 48%-i Mahmud Məmmədova 21.62%-i “Günay Bank”a məxsusdur. //banker.az//