Həkim xəstələri təhqir etdi: “Cibində beş qəpiyi olmayan, tərbiyəsiz, ədəbsiz…” - FOTO
Gündəm / Sosial
Bu gün, 11:24
13
Ortopediya və travmatologiya üzrə uzman həkim Yasin Haxverdiyev sosial şəbəkədə xəstələrlə bağlı qalmaqallı paylaşım edib.
Həkim xəstələri maddi vəziyyətinə və davranışına görə 4 qrupa bölüb, bəzi xəstələr barədə təhqiramiz ifadələr işlədib. Xüsusilə maddi imkanı olmayan xəstələrlə bağlı yazdıqları diqqət çəkib.
"Bakupost" Yasin Haxverdiyevin paylaşımını olduğu kimi təqdim edir:
“Artıq 5 ilə yaxındır Azərbaycandayam və bu müddətdə xəstələrlə münasibəti düzgün qurmaq üçün onları 4 əsas qrupa bölmüşəm.
1-ci qrupda maddi vəziyyəti yaxşı olan və mədəni xəstələr. Bu qrupdakı xəstələrlə işləmək hər tərəfli insana peşə zövqü verir.
2-ci qrupda maddi vəziyyəti yaxşı olan amma mədəniyyətsiz, tərbiyəsiz xəstələr. Bu qrupdakı xəstələrlə işləmək çox çətin olsa da maddi qazanc nəzərə alındığında ‘lənət şeytana’ deyib işləmək olur.
3-cü qrupdakı xəstələr maddi vəziyyəti aşağı amma mədəni, tərbiyəli, ədəbini bilən xəstələr. Ən sevdiyim xəstə qrupu bunlardır, çünkü mənəvi zövqü daha çoxdur və bir çoxuna ödənişsiz baxıram.
4-cü qrup isə cibində beş qəpiyi olmayan və eyni zamanda mədəniyyətsiz, tərbiyəsiz, ədəbsiz xəstələr…
Özəl xəstəxanada yeri olmayan bu qrupu ancaq “Semaşko”nun əzmkar həkimləri və əməksevər tibb bacıları idarə edə bilir”.

