61 saylı məktəbin 61 MİN DƏRDİ... - NAZİRİN NƏZƏRİNƏ...
Gündəm / Təhsil / Ölkə
16-05-2023, 17:32
2 386
"Yazıb sizə bildirmək istəyirəm ki, Bakı şəhəri 61 №-li tam orta məktəbdə illərdi özbaşnalıq, korrupsiya ( rüşvətxorluq ) baş alıb gedir. Dəfələrlə cənab prezident İlahm Əliyev tərəfindən və sizin tərəfdən xəbərdarlıq və lazım olan tədbirlər görülməsinə baxmayaraq, bu məktəbdə hər bayram ( müəllimlər günü, Yeni il bayramı, 8 mart, Novruz bayramı və s. ) şagirdlərin valideyinlərindən qeyri rəsmi pullar yığılır. Adı da qoyulur ki, valideyinlərin şəxsi təşəbbüsüdür və bayram payıdır". DİA.AZ bildirir ki, bu sözlər Təhsil naziri Emin Əmrullayevə valideynlər adından edilən müraciətdə yer alıb.
Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə daha sonra deyilir: "Məbləğlər isə ən azı 30 azn, orta 50 azn təşkil edir. Hətta natamam orta təhsil atestatını belə pul ilə satırlar ( qiymət düzəltmə qalsın qırağa ), adi atestatı, hansı ki dövlət tərəfindən təmənnasız və rüsumsuz verilir, bu məktəbdə isə satılır. 11 sinif atestatı barədə heç danışmıram belə. Bütün bunların arxasında təbii ki məktəbin direktoru Zenfira Şıxəliyeva durur. Onun tapşırığı ilə, sinif rəhbərləri pul yığır ( bəzilərini çıxmaq şərti ilə ) və Zenfira xanıma «dolya» çatdırır, yoxsa sıxışdırılır və əziyyət verilir. Bu işlər hər sinifin komitəsinin əli ilə görülür ki, üstü açılmasın deyə. Müəyyən siniflərə xüsusi müəllimlərin verilməsi və təyin edilməsi, o biri siniflərdə isə zəif müəllimlərin tyin edilməsi də adi haldır. Müəyyən şagirdlərə, valideyinin tutduğu vəzifəyə + pul müqabilində qiymətlərin yazılması, şagirdin dərsə gəlməməsinə də göz yumulur. Məktəbin yanında tikilən binanın kanalizasiyasının da məktəbin altından keçməsi və bunun nəticəsində yaranan antisanitariya ayrı mövzu. Məktəbin idman zalını yalandan kosmetik remont edirlər, o zal çökür. Antisanitariya və xəstəlik yuvasıdır. İllərdi bu direktor vəzifasindən suiistifadə edir.Unudub ki, bu vəzifə ona dövlət tərəfindən verilib, laiqincə icra etmək üçün. Amma Zenfira x. özünü bu məktəbin sahibi sayır, heçnədən qorxub-çəkinmir, «gedin kimə şikayət edirsiniz edin» deyir. Bu özbaşnalığa son qoyulmalıdır. Məktəbdə cərəyan edən əxlaqsızlıqlar barədə düşünürəm ki sizin məlumatınız var. Bu necə təlim, tərbiyə və maarifləndirmədir ?? Hamı da ( istər müəllim, istər valideyin ) şikayət etməkdən çəkinir. Çünki öz işinə görə, balasına görə qoxur. Hər şey göz qabağında və bu xanım hələdə direktor vəzifəsini icra edir.
Ümüd edirəm ki, tez bir zamanda bu özbaşnalığa son qoyulacaq. Bu müraciətin bir nüsxəsinin cənab Prezidentə və Vitse-Prezidentə göndəriləcəyini nəzərinizə çatdırıam..."
İddia olunanlarla bağlı Xalqxeber.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...