`Təbriz` MTK: Binanı tikibsiniz... amma ona baxmaq da lazımdır... - GİLEY

Gündəm / Aktual
29-05-2023, 09:11 74
`Təbriz` MTK: Binanı tikibsiniz... amma ona baxmaq da lazımdır... - GİLEY


Şikayətimiz Təbriz MTK-dandır. Binaları sağlamdır ona söz yox. Sadəcə artıq liftlərinə baxılmır..." DİA.AZ bildirir ki, bu barədə sözügedən MTK-nın Cəfər Xəndan küçəsi 42a ünvanındakı binanın sakinləri giley edir.

Müraciətdə daha sonra bildirilir: "Kommendant liftlərin xaricdən təmiri üçün hər mənzildən 50 manat pul yığır. Bizim blok zənn edərsəm əsasən kirayə qalanlardır deyə pul ödəyən yoxdur. 50 manat qarşılığında da sadəcə 1 lift hər blokda üzdən təmir edilir. Mənə ümumiyyətlə bu maraqlıdır ki, tikinti komitəsi özü öz binasına müntəzəm olaraq baxıb, təmir işləri aparmamalıdır? Hər ay kommendant pulu deyə 25 manat alınır. Bu nədə istifadə edilir? Bu 1 ilə 300 manat deməkdir hər mənzilə.
Yük lifti əksər vaxtlar işləmir. İşləyəndə də slow motionda hərəkət edir. 15 mərtəbəni mən liftdən tez qalxıram az qala.
Liftlərin içini desən rəzalət gündədir artıq. Divarları lampaları adamın üzərinə tökülür.
Liftdə də dəfələrlə qalmışam. Şəbəkə olmur, heç kimə xəbər edə bilmirsən vəziyyəti.
Təkrar qeyd edirəm, bina ümumi olaraq əladır. Sadəcə lift sistemi liftlərlə birgə DƏYİŞİLMƏLİDİR!"

İddia olunanlarla bağlı Tereqqi.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq....