Qərbi Kaspi Universiteti ilə tələbələr arasında QALMAQAL: Nazirlik tələbələrin pulunu ödəməyib?

Gündəm / Aktual
Bu gün, 17:24 14

Qərbi Kaspi Universiteti dövlət sifarişli əsaslarla oxuyan tələbələrdən təhsil haqqı tələb edir.
Bu varədə universitetin tələbələri bildirib. Onların sözlərinə görə, hər tələbəyə müxtəlif miqdarda borc yazılıb.
Universitetdən tələbələrə siyahı göndərilib və siyahıda hər tələbənin ödəməli olduğu borcun miqdarı qeyd edilib. Tələbələrə bildirilib ki, Elm və Təhsil Nazirliyi onların təhsil haqqını universitetə yarımçıq ödəyib. Təhsil haqqının qalan hissəsini də tələbələr özləri ödəməlidir.
Lakin universitet tələbələrə bununla bağlı heç bir rəsmi sənəd təqdim etməyib. Tələbələr bildirib ki, onların rəsmi portalda akademik borclarının olmadığı göstərilir. Buna baxmayaraq, universitet tələbələrdən 340, 350, 375 manat qədərində pul tələb edir:
“Biz dövlət sifarişi əsasında təhsil alırıq. Bizə bildirirlər ki, bu təhsil üçün Elm və Təhsil Nazirliyi daxil olduğumuz universitetə pul ödəməli olsa da, bu pulu tam ödəməyib. Pul tam ödənmədiyi üçün də qalanını bizdən tələb edirlər”.
Tələbələrin sözlərinə görə, bu məbləği ödəməyən tələbələr imtahanlara buraxılmayacaq.
Qərbi Kaspi Universitetindən isə bldirilib ki, tələbələrin şikayəti araşdırılır və araşdırmadan sonra bu barədə məlumat veriləcək.(Tribuna.az)