Ulu öndər Heydər Əliyevin həyatı vətənə, xalqa və dövlətə xidmət nümunəsidir.

Gündəm / Aktual
7-06-2023, 22:29 676

Məlumunuz olduğu kimi Respublikamızın hər yerində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davamlı olaraq keçirilir.Bu Saatlı rayonumuzda da geniş vüsət almışdır.Şübhəsiz ki, bu duhanın qədirbilən xalqımız və günü-gündən qüdrətlənən dövlətimiz qarşısında fəaliyyətini və xidmətlərini sonadək öyrənmək qeyri-mümkündür.Düşünürəm ki, Ulu öndər Heydər Əliyevin böyüklüyü, onun xalqımızın rifahı,ölkənin sosial-iqtisadi inkişafı üçün və nəhayət ictimai-siyasi sabitliyin böyük çətinliklə əldə olunması naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman lazımdır.Ən əsas isə fəxr etdiyim məsələ zaman keçdikcə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna çevrilmişdir.Hələ sağlığında əfsanələşən, siyasət dünyasının olimpini fəth etmiş dahi şəxsiyyət Heydər Əliyev haqqında dünyanın məşhur simalarının necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidi oluruq.
Nəhayət bu gün anadan olmasının 100-cü ildönümünü,xalqının və dövlətinin xilaskarı,
ümummilli liderini böyük sevgi və rəğbət hissi ilə anırıq və ona uca Allahdan rəhmət diləyirik. Artıq Ulu öndərin ruhu şaddır! Onun layiqli siyasi varisi,siyasi məktəbinin ən layiqli davamçısı Ali Baş Komandan,Prezident İlham Əliyev kimi, yürütdüyü qətiyyətli və universal siyasət sayəsində Azərbaycanımızın son 200 illik tarixində mümkün olmayanı mümkün edən, gələcəyimizi sabitliklə və iqtisadi proqreslə quran və nəinki ölkəmizdə,bütün bölgədəsülhün,əmin-amanlığın qarantına çevrilən varisi vardır.30 il müddətə erməni işğalında, taptağında olan torpaqlarımızı işğaldan azad etməklə Prezident ilham əliyev bunu sübut etmişdir.
Əminliklə bildirirəm ki,
qədirbilən xalqımız bundan sonrada ulu öndər Heydər Əliyevin irsinə sadiq olacaq, onun qoyub getdiyi yoldan bir addım belə olsun kənara çıxmayacaqdır.
Sonda xüsusi vurğulamaq istəyirəm ki, Ulu öndər Heydər Əlirza oğlu Əliyevi müasir dünya liderləri, tanınmış dövlət adamları və siyasi xadimləri tərəfindən dünya miqyasında böyüklüyü etiraf edilən, “şəksiz lider”, “türk dünyasının tanınan və sevilən lideri”, “siyasi nəhəng”, “qeyri-adi şəxsiyyət” adlandırır.
Bu dahi şəxsiyyət,xalqının əbədi nümunəvi lideri Heydər Əliyevin bütün həyatı vətəninə,xalqına,dövlət
inə və dünyada olan hər-bir azərbaycanlıya örnəkdir.


Yeni Azərbaycan Partiyası
Saatlı 15 saylı ƏPT-nın
sədri Vüqar Məmmədov.