Məşğulluq Mərkəzindən verilən inəklər öldü... - yenilərinin veriləcəyi bildirildi, amma…
Gündəm / Cəmiyyət
25-06-2023, 08:45
227
Göyçay rayonu, Bığır kənd sakini Seyidov Xəyal Sahib oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, 2019-cu ildə Göyçay rayon Məşğulluq Mərkəzi tərfindən yardım məqsədi ilə verilmiş heyvanlarda xəstəlik olduğu üçün tələf olublar, yerinə başqaları verilmir:
"Mən, Seyidov Xəyal Sahib oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
II qrup əliləm, yoldaşım da əlildir, əziyyətlə dolanan ailəyik. 2019-cu ildə bir çoxları kimi bizə də Məşğulluq Mərkəzi 2 baş heyvan verdi. Amma heyvanlar xəstə olduğu üçün tələf oldular. Yerinə yenilərinin verilməsi üçün müraciətimə isə baxılmır. Deyirlər ki, bir dəfə vermişik.
Mallar tələf olan vaxtı Məşğulluq Mərkəzindən nümayəndələr gəldi, çəkiliş etdilər və kömək edəcəklərini dedilər.
Hal-hazırda atamın ailəm üçün tikdiyi evdə, yəni Qarabaqqal kəndində yaşayıram. Sizdən xahiş edirəm mənə kömək edin".