“Patron” tumları almayın! – Zəhərlənə bilərsiniz
Gündəm / Sosial
Bu gün, 17:59
16

Paytaxtda yerləşən marketlərin birindən “Vəkiloğlu” MMC-yə məxsus Patron tumları alan vətəndaş məhsuldan narazı qaldığını bildirir. Şikayətçinin sözlərinə görə, o, tumları yeyərkən əksəriyyətinin acı dad verdiyini və köhnə olduğunu hiss edib. Bir müddət sonra vətəndaşın halı pisləşib, ürəkbulanma başlayıb və özünü yaxşı hiss etməyib. Yaranan narahatlıq səbəbindən o, əczaxanaya müraciət etmək məcburiyyətində qalıb. Mədə narahatlığına görə dərman qəbul etdikdən sonra vəziyyəti nisbətən yaxşılaşıb.
Vətəndaş iddia edir ki, halının dəyişməsi və yüngül zəhərlənmə keçirməsi məhz aldığı patron tumları ilə bağlı olub.
Bizimesr.az