`Azəriqaz`dan Cəlilabadda ÖZBAŞINALIQ

Gündəm / Video / Sosial
6-07-2023, 08:30 696
`Azəriqaz`dan Cəlilabadda ÖZBAŞINALIQ

Cəlilabad rayonu, M.P.Vaqif küçəsinin sakini Həsənov Umudəli Murtuz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onun qaz xətti qanunsuz kəsilib:

"Mən, Həsənov Umudəli Murtuz oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

1991-ci ildə yaşadığım ünvana təbii qaz xətti çəkdirmişdim. Ölkənin vəziyyəti ilə əlaqədar qaz kəsildi.

2012-ci ildə qaz xətti yenidən bərpa olundu və köhnə abonentlərin hər biri bu xəttə qoşuldu. Bizim evdən başqa bütün ünvanlar qazla təmin olundu. Heç bir yer maraqlanmır, şikayətimə baxılmır. Sualım cavabsız qalıb".

Şikayətçinin redaksiyamıza göndərdiyi video müraciəti təqdim edirik:


Redaksiydan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.