“Elegant Residence” MTK vətəndaşın evini başına uçurur - FOTOLAR

Gündəm / Foto / Sosial
31-07-2023, 07:27 925

“Elegant Residence” MTK dövləti və qanunları saymayaraq vətəndaşın evini başına uçurmaqla məşğuldur.

AZİNFORM.AZ-ın redaksiyasına şikayət ünvanlayan Bakı sakini Fərhad Məmmədov, “Elegant Residence” MTK tərəfindən tikilən qanunsuz tikili sayəsində ona məxsus evin divarları çatlamış bir sözlə yararsız hala düşdüyünü deyib.

Şikayətçi Fərhad Məmmədov bildirib:

"Ailəmə məxsus Sabit Rəhman küç ev 16z ünvanda yerləşən xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən evimə “Elegant Residence” MTK tərəfindən qəsd hərəkətləri baş vermişdir. Evimizin divarlarının xarici səthi soyulmuşdur və evin bəzi yerlərində çatlar əmələ gəlmişdir.

Bakı şəhəri Nəsimi rayonu Məhkəməsinin İş 16(006)227/2023 saylı Qərardadına əsasən bizim torpaq sahəsinə bitişik ərazidə söküntü-qazıntı işlərinin aparılması qadağan edilmişdir. Məhkəmə qərarına məhəl qoymayaraq 29 iyul 2023- cü il tarixində “Elegant Residence” MTK qazıntı işlərini davam etdirmişdir."

Hadisə ilə bağlı foto faktları sizə təqdim edirik: