Beyləqan RİH bələdiyyə ilə bağlı ittihamları ÖZÜ CAVABLANDIRDI - Bələdiyyənin büdcəsi boşdur...

Gündəm / Ölkə
8-08-2023, 20:07 125

Bir neçə gün əvvəl Beyləqan rayon sakini Əhmədli Mübariz Novruz oğlunun şikayətinin yer adlığı Beyləqanda bələdiyyə sədri QOÇULUQ EDİR - GİLEY başlıqlı məlumatı təqdim etmişdik.

Maraqlıdır ki, bununla bağlı narazılığa səbəb olan Beyləqan rayon Bahar qəsəbəsinin bələdiyyə sədri Elçin İsmayılov və yaxud da sözügedən bələdiyyənin hansısa işçisi yox, Beyləqan rayon İcra Hakimiyyəti DİA.AZ-a münasibət açıqlayıb.

Beyləqn RİH adından redaksiyamıza verilən açıqlamada deyilir:

"Bildiririk ki, rayonun Bahar qəsəbə sakini Əhmədli Mübariz Novruz oğlunun anası İbrahimova Nərminə Ayaz qızı Bahar bələdiyyəsində xidmətçi işləmiş və 2022-ci ilin oktyabr ayında vəfat etmişdir. Bələdiyyə tərəfindən ona ödənilməli olan 1250 manat məbləğində əmək haqqının 600 manatı ödənilmiş, 650 manatın isə bələdiyyənin büdcəsinə pul daxil olan kimi ödəniləcəyi bildirilmişdir. Vətəndaş M.Əhmədli arvadının bələdiyyədə xidmətçi kimi işə götürülməsini təkidlə tələb edərək şikayətlər edir. Bahar bələdiyyəsi vaxtlı-vaxtında əməkhaqqı verə bilmədiyi üçün bu günə qədər işə xidmətçi qəbul etməmişdir".