Füzulidə erməni təxribatının QARŞISI ALINDI

Gündəm / Sosial
9-09-2023, 19:20 245
Füzulidə erməni təxribatının QARŞISI ALINDI


Sentyabrın 9-u saat 17:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşaraq təxribat törətmək məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Nazirlikdən verilən xəbərə görə, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində təxribatın qarşısı dərhal alınıb.