“Azercell”lə Biləcəridən də o yana getməyəsən... - Başqa yolu YOXDUR!
Gündəm / Aktual
18-09-2023, 15:08
84

“Azercell” AzTV-nin redaktorunu ölkə xaricində internetsiz qoydu.
Tereqqi.az Tribunainfo.az-a istinadla yazır ki, Azərbaycan Dövlət Televiziyasının redaktoru, jurnalist Afaq Vasifqızı “Azercell” üzündən problem yaşayıb. O bu barədə sosial şəbəkə hesabında yaxıb:
“Ölkə xaricindəyəm. Rominq xidmətim aktivdir. İnternet paketi almaq istəyirəm. Olmur. “Azercell”in *1111 xəttinə zəng vururam, alınmır. “Azercell”in fb səhifəsinə yazıram. Messenceri oxuyan da yoxdur. Qosqoca şirkətin sosial hesabı – sıfır”.
