Ruslan Quliyev vəfat etdi

Aktual
Bu gün, 14:08 8

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev vəfat edib.

Onun səhhətində qəfil pisləşmə qeydə alınıb və tibbi yardım üçün xəstəxanaya aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, 53 yaşlı R.Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Bizim.media-nın məlumatına görə o, İsmayıllı rayonunda olarkən infarkt keçirərək vəfat edib.

Qeyd edək ki, Ruslan Quliyev Azərbaycanda turizm sahəsinin inkişafında fəal iştirakı ilə tanınırdı və uzun illər müxtəlif layihələrə rəhbərlik edib.