İrəvan meriyası Xankəndidə ölənlərin ailələrinə yardım ayırıb

Gündəm / Dünya
11-11-2023, 11:52 800

İrəvan meriyası Xankəndi yaxınlığındakı yanacaq anbarında baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə 200 min dram (təxminən 500 dollar) ayrılması barədə qərar qəbul edib.

Musavat.com-un xəbərinə görə, bu barədə “Past” qəzeti öz mənbələrinə istinadən yazıb.

Ancaq nəşrdə ödənişlərin nə vaxt və necə bölüşdürüləcəyi göstərilməyib. Bildirilib ki, məsələ tezliklə həll olunacaq.

Qeyd edək ki, sentyabrın 25-də Qarabağda, Xankəndi yaxınlığındakı qaz anbarının yaxınlığında güclü partlayışın baş verməsi nəticəsində 200-dən çox erməni ölmüşdü. Ermənistan mətbuatı bunu da xüsusi qeyd edib ki, ölənlərin dəqiq sayı hələlik məlum deyil.