Sürücülərin nəzərinə: Bu yolda hərəkət məhdudlaşdırılacaq

Gündəm / Ölkə
11-11-2023, 15:06 145

Sabah səhər saat 8:00-dan axşam saat 17:00-dək Bakının Əbdülvahab Salamzadə küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsində yerləşən yoltürücüsündə təmir işləri aparılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, bununla əlaqədar olaraq qeyd olunan vaxt müddətində yolötürücüsünə giriş Xutor tuneli istiqamətində məhdudlaşdırılacaq.

Agentlik sürücülərə təmir işlərinin aparıldığı müddət ərzində müvəqqəti olaraq Əbdülvahab Salamzadə küçəsinin yan yolundan istifadə etmələrini tövsiyə edir.