Lənkəranda Şəhid adını daşıyan küçə... XARABA QALIB... - FOTOFAKT

Gündəm / Ölkə
24-02-2024, 14:41 325
Lənkəranda Şəhid adını daşıyan küçə... XARABA QALIB... - FOTOFAKT

Lənkəran şəhəri şəhid Yalçın Həsənovun adını daşıyan küçə şəhidin adına yaraşmayan durumdadır. Küçə uzun müddətdir müharibə meydanını xatırladır. Cumhuriyyet.net-ə məlumat verən Lənkəran şəhəri şəhid Yalçın Həsənov küçəsinin sakinləri bildirir ki, uzun müddətdir bərbad vəziyyətdə olan küçədə hərəkət ediləcək yer yoxdur. Xüsusilə yağışlı havalarda küçədə çalalar su ilə dolur, yol başdan-başa palçıq olur.
Küçənin adını daşıdığı şəhid Yalçın Həsənovun sinif yoldaşı bildirib ki, bu yol, bu küçə on il orta məktəbdə bir sinfdə oxuduğu, birinci vətən müharibəsinin könüllü iştirakçısı, həm də qəhrəmancasına şəhid olan Həsənov Yalçının adına yaraşmır: “Bu küçə uzun müddətdir bu vəziyyətdədir. Bunu tənqid etmək üçün deyil, düzəlməsi üçün paylaşıram və aidiyyəti qurumlardan xahiş edirəm ki, yubanmadan bir tədbir görsünlər”.