20-ci polis şöbəsi 102 çağrışına laqeyd yanaşmasından şikayətçi olan vətəndaş

Gündəm / Aktual
26-02-2024, 09:49 499
20-ci polis şöbəsi 102 çağrışına laqeyd yanaşmasından şikayətçi olan vətəndaş

AFTV.az xəbər verir ki, 22.02.2024-cü il tarixində "Yaşıl Ada" restoranında baş vermiş qalmaqal restoranın daimi aparıcısı tərəfindən ictimaiyətə açıq şəkildə hörmətsizlik edən Ramin İsgəndərovla bağlı Şirməmməd Hüseynov tərəfindən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verib. Saat 03:35 hadisə ilə bağlı məlumat verilib. Lakin ərazi üzrə cavabdeh 20-ci polis şöbəsi 102 məlumatına laqeyd yanaşaraq çağrışa cavab verməyib. Hadisə yerinə dərhal gəlməli olan polis əməkdaşları olay yerinə təhkim edilməyib. Bu gün aparılan araşdırmalardan məlum olan ilginc faktlar şok edicidi. Tanınmış jurnalist, müğənni və aparıcı Şirməmməd Hüseynov restoran sahibinə səhnəyə hər gün çıxış vaxtının saat 03:20 – də olduğun bildirir. "Yaşıl Ada" restoranın aparıcısı Ramin İsgəndərovun restoran sahibi Kəmaləddin Məmmədovla eyni masada əyləşib. Ramin İsgəndərov rəhbərlikdən qabaq cavab verərək sən bu səhnədə daha oxuya bilməsən deyə bildirib. O qeyd edib ki nə qədər mən burda aparıcıyamsa sən bu restoranın səhnəsində yer ala bilməzsən Raminin bu danışıqlarına etirazını bildirən Ş.Hüseynova qarşı təhqirlər yağdıran aparıcı daha sonra müğəniyə qarşı əlində olan deşici alətlərlə zərbə endirib. Restoran sahibi KƏMALƏDDİN MƏMMƏDOV həmişəki ampulası ilə yaranan xaosdan qidanlanmağı tamaşa etməsi ilə yekunlaşıb. Əslən bərdədən olan lakin illərdir Restoranda aparıcılıq edən Ramin İsgəndərovun bu birinci və sonuncu qalmaqalı deyil. Qeyd edək ki, bir il əvvəldə şəxslər arasında qalmaqal yaranıb lakin müğənni təmkinin qorumuş məsələnin böyüməsinə imkan vermədən yola vermişdir. “Yaşıl Ada” restoranı illərdir qalmaqalı ölüm halları ilə gündəm olan “Baku City” adı ilə tanınan restorandır. Həmçinin bildirək ki, 2019-cu ilin dekabr ayında pandemiyanın ilk başlanğıcında bu restoranda bir polisin ölməsi media gündəmini zəbt etmişdi. “Hazırda restoran əsil sahibi Kamal (Füzuli Alıyev) Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində restoranında ölən şəxslərlə bağlı verilən hökmə görə məhbus həyatı yaşayır.”

Ş.Hüseynov K.Məmmədovla səhnə çıxışın danışan zaman R.İsgəndərov Şirin Hüseynov kimi tanınan müğənnini döyməyə başlaması və ona qamar çıxaraq müğənniyə hücum çəkən Samirə və Aynurənində iştirakı olan qalmaqalda grup olaraq şəxsə xəsarətlər yetirilir. Müğənni özünü müdafiə etməyə cəhd etsədə Raminin iri gövdəsi qarşısında gücü çatmadığından xəsarət alır. Saat 03:35-də ilk 102 zəngi edilir Ş.Hüseynpv tərəfinfən. Lakin çağrışa cavab gəlmədiyin görən müğənni yenidən saat 03:39, 03:44, 03:52, 03:56 DİN-nin102 qaynar xəttinə zəng edib. Raminin hücumu zamanı restoranda çalışan Samirə və bacısı Aynurə Onunla əlbir olaraq Ş.Hüseynovu döyüblər. Hazırda vətəndaş Ş.Hüseynov təhqiqatçı Ayxan Məmmədovun 102 zəngimi əsaslanan ilkin şikayətin etməsi halında ərizəsi alınmadığından artıq bu təhqiqatın yanlış getdiyi iddiasındadır. Qaydalara görə ilkin şikayətçi dindirilməli olduğu halda qarşı tərəfdən ərizə alındıqdan sonra şikayətçini dinləyən təhqiqatşı Ayxan Məmmədov şikayətindən kənar sualları verməklə işin mahiyyətini qarşılıqlı şikayət kimi aparmaqdadır. Beləki Ş.Hüseynov: “102 zəng etdiyim halda vətəndaşın çağrışına deyil, Nazirliyin qaynar xətinin tapşırıqlarına laqeyd yanaşma göstərən 20 ci polis şöbəsinin əməkdaşları ictimai yerdə açıq şəkildə “xuliqanlıq” hərəkətləri edənlərin cəzasız qalmasına gətirib çıxaracaq araşdırma aparıldığın düşünürəm. Hazırda “Yaşıl Ada” restoranın müğənniyə 1000 manat borcununda olduğu məlum olub. Ilkin versiyaya görə restoran sahibinin bu qalmaqalı yaranmasında maraqlı və olan borcun ödənməməsi üçün qurduğu tamaşa olduğu güman edilir. Lakin Polis edilən şikayət əsasında bu günə qədər kamera görüntülərin götürərək şəxslər barəsində qanuni tədbirlərin görülməsi hansı səbəbdən gecikdirilir…?

Göründüyü qədər qarşı tərəfin şər böhtanın əsaslı sayan təhqiqatçı müğənnin şərəf ləyaqətini alçaldılması və xəsarət alması önəmsiz factor halını alıb. Əslində bu qədər şikayətlər olan restoranın bu gün hansı əsaslarla fəaliyyət göstərə bildiyi müəmmadır. Digər tərəfdən K.Məmmədov və qardaşı Füzuli Alıyevin heç zaman restoranın rəsmi sənədlərinin öz adlarına deyil başqaşlarının adına etməsidə real faktdır. Vaxtı ilə Yetər adlı əməkdaşın adına rəsmiləşdirilən restoran vergi borcu toplanır. Yetəri adına yazılan borc qardaşlar tərəfindən ödənilmir və xanım işdən qovulur. Xanım Naxçıvan məhkəməsinə müraciəti ilə vergi borcu ödənilməsi qarşılığında restoranın əmlakın göstərir. Lakin Kamaləddin yeni taktika seçərək restoranı bir qazinin adına sənədləşdirir. Bu minvalla dövlət vergisi ödənilməsi təmin edilmir. Aldığımız məlumata görə, ərazi üzrə vergi əməkdaşları ilə sövdələşən restoran sahibləri verginin ödənilməsini gecikdirməkdədir.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir və hadisənin gedişatı diqqətimizdədir.

AFTV