Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ

Gündəm / Aktual
Bu gün, 13:32 13
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. Lent.az xəbər verir ki, “Gold Məkan” MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərində sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb. Nərimanov rayon Məhkəməsində hakimT. Musayevin sədrliyi ilə keçirilən prosesdə A. Məmmədov 2 il dövlət və özəl yerli idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq qadağan edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məlumata görə, onun rəhbərlik etdiyi şirkət Bakıda 100 kvadrat metr yaşayış yerini söküb, lakin zərərçəkənə heç bir ödəniş etməyib.