Ağstafada xəstələri nədən Qazaxa yollayırlar? - GİLEY

Gündəm / Aktual
8-03-2024, 10:23 508
Ağstafada xəstələri nədən Qazaxa yollayırlar? - GİLEY

Ağstafa rayonunun sakinləri həkim çatışmazlığından əziyyət çəkir. Bu barədə dia-az.info-ya daxil olan müraciətdən anlaşılır.

Onların sözlərinə görə, xüsusən ultrasəs müayinəsi edən radioloq həkimlərin azlığı günlərlə növbə gözləməyə səbəb olur.

Sakinlər adından dia-az.info-ya daxil olan müraciətdə daha sonra deyilir:

“Ağstafa Mərkəzi Xəstəxanasında ultrasəs müayinə aparatı yoxdur, həmçinin həkim də yoxa çıxır.

Bizə Qazax rayonuna getməyimizi deyirlər. Oraya getdiyimiz zaman isə həkim tapa bilmirik”.