“Bayer”in 3 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

Gündəm / İdman
13-03-2024, 11:01 2 111
“Bayer”in 3 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşacaq “Bayer”də heç də bütün futbolçular oyuna hazır deyil.

“Qafqazinfo” yerli mətbuata istinadən xəbər verir ki, konkret olaraq 3 futbolçu sabahkı görüşdə baş məşqçi Xabi Alonsonun sərəncamında olmayacaq. Braziliyalı müdafiəçi Artur qasıq nahiyəsindən zədəlidirsə, komandanın aparıcı hücumçusu Viktor Bonifeysin əzələsində problem var. Həmçinin yarımmüdafiəçi Noay Mbamba da görüşü tribunadan izləməli olacaq.

Qeyd edək ki, sabah Leverkuzendə keçiriləcək “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk görüşdə 2:2 hesabı qeydə alınıb.