Yeni binalarda əhali sayına uyğun parkinq niyə yoxdur? - VİDEO

Gündəm / Sosial
22-03-2024, 11:20 164
Yeni binalarda əhali sayına uyğun parkinq niyə yoxdur? - VİDEO


Sakinlər nəqliyyat vasitələrini əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər. Xüsusən də nizamsız parklanma yanğınsöndürmə, xilasetmə və digər iriqabaritli xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ hərəkətinə mane olur.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtda vətəndaşlardan birinin çəkdiyi bu görüntülər də sözügedən məsələni daha da aktuallaşdırır.

Fövqəladə Hallar Nazirliyi (FHN) bununla əlaqədar əhaliyə müraciət edib.

Tikinti məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, yolların hərəkət hissəsində nəqliyyat vasitələrinin park edilməsi sürücü məsuliyyətsizliyi ilə yanaşı, parkinqlərin az olmasından da irəli gəlir:

“Xüsusən yeni tikilən binalarda avtomobillər üçün duracaqların olmaması həmin ərazilərdəki yollarda ciddi sıxlıq yaradır”.

E.Fərzəliyevin sözlərinə görə, yeni binalarda qarajların baha olması da məsələyə birbaşa təsir edir.

Ətraflı süjetdə: