Nazir mərkəz direktorlarını dəyişdi - Bu xanımlara da vəzifə verdi

Gündəm / Sosial
11-04-2024, 15:26 455
Nazir mərkəz direktorlarını dəyişdi - Bu xanımlara da vəzifə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzdində fəaliyyət göstərən bir sıra reabilitasiya mərkəzlərində rəhbər dəyişiklikləri edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Əmrə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin "Respublika Reabilitasiya Mərkəzi" Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə Abdulova Nabat Şərafəddin qızı təyin edilib.

Ötən ilin sentyabr ayında Respublika Reabilitasiya Mərkəzinin direktor təyin olunan Kazımova Vüsalə Məzahir qızı "Bakı Reabilitasiya Mərkəzi" Publik Hüquqi Şəxsin direktoru təyin olunub.

Bakı Reabilitasiya Mərkəzinin direktoru Qurbanov Şahin Sərməs oğlu vəzifəsindən azad edilib.

"Mərdəkan Reabilitasiya Pansionatı" Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə Məmmədov Elman Həmzə oğlu, "Yevlax Reabilitasiya Mərkəzi" Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə İbrahimov İlham Suliddin oğlu, "Qəbələ Uşaq Reabilitasiya Mərkəzi" Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə isə Rəhimov Ruhib Ağahüseyn oğlu təyin olunub.