KİV: İsrail Ordusu və “Mossad” İranın hücumu halında cavab planlarını təsdiqləyib

Gündəm / Dünya
12-04-2024, 12:15 812
KİV: İsrail Ordusu və “Mossad” İranın hücumu halında cavab planlarını təsdiqləyib

İsrail Müdafiə Ordusu və “Mossad” kəşfiyyat xidməti İsrailin İran ərazisindən hücuma məruz qalacağı təqdirdə cavab hücumu planını təsdiqləyib.

Bu barədə "Ynet" portalı mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, İsrail Ordusu hücuma məruz qalacağı təqdirdə müvafiq şəkildə cavab verəcək.

Həmçinin bildirilib ki, son günlər İsrail və ABŞ silahlı qüvvələri arasında koordinasiyalar artıb.

“Wall Street Journal” isə daha əvvəl məlumat yayıb ki, İran İsrailin Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə hərbi zərbə endirməsi ilə əlaqədar Qüdsə 24-48 saat ərzində cavab verə bilər.