Bülbüloğluna MANDAT... bəs səfir KİM OLACAQ? - DAVA BAŞLAYIB...

Gündəm / Sosial
25-07-2024, 17:40 130

Yaxın zamanlarda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu geri çağırılacaq.

Qeyd edək ki, hələ bir neçə ay əvvəl Gununsesi.info bu barədə yazmışdı.

Artıq son məlumatlara görə, Polad Bülbüloğlu 1 sentyabr- parlament seçkilərində namizədliyini irəli sürüb.

Saytımızın əldə etdiyi məlumata görə, indidən Azərbaycanın Rusiyada səfiri postunu tutmaq uğrunda iddialılar ortaya çıxıb.

Bildirilir ki, bu iddialı şəxslər hakimiyyətdə xüsusi mövqeyi ilə seçilən ayrı-ayrı şəxslər tərəfindən ortaya çıxarılıb.

Əldə etdiyimiz ilkin məlumatlarda bu şəxslərin kimliyi bilinsə də geniş araşdırmamızdan sonra “Moskva səfiri” uğrunda yarışan şəxslərlə bağlı geniş bilgi təqdim edəcəyik.