İctimai xadim Leyla xanım Əliyeva.

Gündəm / Cəmiyyət / Aktual
3-07-2024, 19:32 2 624

Bu gün Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın doğum günüdür.
Əliyeva Leyla İlham qızı, 3 iyul 1985 ci il tarixdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində ziyalı ailəsində anadan olmuşdur. Ailəlidir, iki oğlu və bir qızı vardır.
Leyla xanım Əliyeva Bakı şəhəri 160 saylı orta məktəbdə oxumuş və İsveçrədə, daha sonra isə Böyük Britaniyada ali təsil almışdır.Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda isə magistr pilləsini bitirmişdir.Leyla xanım Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olmaqla,eyni zamanda Moskvada rus dilində nəşr olunan "Baku" jurnalınında baş redaktoru və Rusiya- Azərbaycanlı Gənclər Təşkilatının(RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi vəzifəsinidə icra edir.Onuda qeyd edim ki, Leyla xanım Əliyeva yaradıcılıq fəaliyyətilə də məşğul olur, həm şeir yazır və həm də rəsm əsərləri çəkir. Leyla xanım Əliyeva ölkəmizdə IDEA İctimai Birliyinin təsisçisidir.Nəhayət onuda xüsusi qeyd edim ki, Leyla xanım Əliyeva bu gün ictimai xadim kimi ölkədə yürüdülən siyasətə dəstək olaraq, bir sıra sahələrdə aktiv fəaliyyət göstərir.Ən əsası isə Leyla xanım Ulu öndər Heydər Əliyevin adına olan Fondun vitse-prezidenti kimi Leyla Əliyevanın təşəbbüsü ilə bir neçə ildir gerçəkləşdirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı həqiqətlərini bütün dünyanın diqqətinə çatdırmışdır. Qürurverici hal odur ki, bu Kampaniyanın məqsədi olan qanlı və əsla ,heç vaxt unudulmayacaq Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olunmuşdur.Sonda qeyd edim ki, vətənpərvər, nümunəvi insan Leyla xanım Əliyeva 4 iyul 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Bir daha Leyla xanımı təbrik edirik, bütün sahələrdə uğurlarınız davamlı olsun deyirik.

YAP Saatlı rayonu 15 saylı
ƏPT-nın sədri
Məmmədov Vüqar.