Az əvvəl yeni başçısı təyin olunan Beyləqanda İŞ ÇOXDUR - “Xan qızı” ÜFUNƏT İÇİNDƏ...

Gündəm / Video
9-07-2024, 10:05 5 887
Az əvvəl yeni başçısı təyin olunan Beyləqanda İŞ ÇOXDUR - “Xan qızı” ÜFUNƏT İÇİNDƏ...

Bu günlərdə Beyləqan rayon sakini tərəfindən gundemxeber.az xəbər portalının redaksiyasına, sanki hər kəsi şoka sala biləcək video-çəkiliş göndərilib. Həmin video-çəkilişə diqqət yetirdikdə bəlli olur ki, vaxtilə Beyləqan bazarında ayaqqabı alveri ilə məşğul olan, Sahil Babayev nazir təyin olunduqdan sonra bugünkü vəzifəsinə sahiblənməyi bacaran, hal-hazırda isə 17 Saylı Ərazi Məşğulluq Mərkəzində direktor vəzifəsini daşıyan İlham Quliyevin rəhbərlik etdiyi bu dövlət qurumunda əməlli-başlıca anarxiya, xaos hökm sürməkdədir. Söz yox ki, bu şəxsə qarşı belə bir ittiham səsləndirməyimizin əsasında, qarşı tərəfin fəaliyyətsizliyini sübut edən lazım qədər əsaslar var.

Qeyd edək ki, Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd və Laçın rayonları 17 Saylı Ərazi Məşğulluq Mərkəzinin tabeliyində fəaliyyət göstərirlər. Təqdim olunan çəkilişi redaksiyamıza göndərən şəxs video-çəkilişində qeyd edir: “Bu gün 01 iyun 2024-cü ildir və çəkiliş etdiyim ərazi hər kəs tərəfindən “Pemka-42” adı ilə tanınır. Bu əraziyə yaxın yerdən “Xanqızı kanalı” keçir. Təəssüflər olsun ki, bu kanal uzun müddətdir ki, zird-zibillə doludur. Çəkilişdən də görünür ki, insanlar zibilləri bu kanalın sahillərinə atmışlar və kanalda heç bir təmizlik işləri aparılmadığından, zibillər kanalın içini doldurmuşdur. Belə bir səbəbdən də, zibillər o qədər dolub ki, kanal xeyli qabağa gedib. Faciə odur ki, bu cür dözülməz mənzərə ilə nə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, nə 17 Saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru İlham Quliyev, nə də ki, Beyləqan rayon təmizlik idarəsinin məsul şəxsləri maraqlanmırlar. Belə bir yanaşmanın varlığı “Xanqızı kanalı”na yaxın ərazilərdə yaşayanları və kanal suyundan istifadə edən hər kəsi çıxılmaz dərdə salıb. O halda sual oluna bilər ki, havaların isti keçən vaxtlarında insanlara qarşı bu cür qəddar, bu cür əzazil olmağın səbəb nədir? Görəsən təmizlik işlərinə məsul olan şəxslər “Xanqızı kanalı”ndakı zibilləri niyə təmizləmirlər ki, əmələ gələn üfunəti, qorxunc iy-qoxunu aradan qaldırmaq mümkün olsun? Deməli, bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevi, 17 Saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru İlham Quliyevi və Beyləqan rayon təmizlik idarəsinə rəhbərlik edən şəxsləri heç də insanların taleyi düşündürmür. Əgər düşündürsəydi, o halda onlar ərazidə yaşayanlara qarşı bu dərəcədə “yezit” olmazdılar.
Unutmaq olmaz ki, “Xanqızı kanalı”nın belə bir görkəmə düşməsi, birbaşa təmizlik işlərinə məsul olan şəxslərin sayğısızlığı səbəbindən baş verir. O halda sual oluna bilər ki, bəlkə kanalın təmiz saxlanması məqsədilə sosial işlərə cəlb olunan şəxslər azlıq təşkil edirlər? Əlbəttə ki, yox! Əgər bu yöndə lazımi araşdırmalar aparılarsa, yəqin ki, o halda neçə-neçə “ölü canlar” dirilməli olacaqlar. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq.

GundemXeber.Az