Əmioğlu, xalaqızı evlilikləri ilə bağlı qadağa bu tarixdən qüvvəyə minir

Gündəm / Siyasət
23-07-2024, 16:40 778
Əmioğlu, xalaqızı evlilikləri ilə bağlı qadağa bu tarixdən qüvvəyə minir

Azərbaycanda əmi, xala, bibi və dayıuşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.

Bununla bağlı Prezident İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Belə ki, nikahın bağlanmasına mane olan halların sayı artırılır. Məcəlləyə aşağıdakı hallar əlavə edilir.

- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;

Qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.