3 oktyabr tarixi şanlı zəfərə gedən yolun əsasıdır.
Gündəm / Sosial
3-10-2024, 23:29
247

Şübhəsiz ki, hər-bir tarixi nəticəni yaradan bir hadisə olur.Eyni zamanda da istənilən nəticəni zəruri edən bir istinad nöqtəsi mövcuddur.Mən böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, qüdrətli ölkəmiz olan AZƏRBAYCANIN əsası, xalqının təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heyər Əliyevin 1993-cü il oktyabr ayının 3-də prezident seçilməsi ilə qoyulmuşdur. Müasir ölkəmizin tarixinə Milli Qurtuluş Günü kimi yazılan iyun ayının 15-i Vətənimizin parçalanması, vətəndaş müharibəsinin və yaradılmış xaosın
qarşısının alınması kimi bir missiyanın başlanğıcı oldu. Həmin ilin oktyabr ayının 3-də keçirilmiş prezident seçkisində Azərbaycan xalqının göstərdiyi siyasi iradə, talehyüklü mühüm tarixi hadisə kimi yadda qaldı.Beləliklə bu tarix müasir və müstəqil Azərbaycanın hüquqi qurtuluşu və qədirbilən xalqımızın sosial-iqtisadi vəziyyəti üçün iqtisadiyyatımızın inkişafa gedən yolu oldu.Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, bu məktəbin layiqli yetişdirməsi olan Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu dövlət quruculuğunu inkişaf etdirərək ucalara qaldırmaqla bərabər, eyni zamanda da son 200 illik tariximizin zəfər salnaməsini qürur və şərəflə yazdı.Ulu öndər Heydər Əliyevin böyük arzusu olan suverenliyimiz tam bərpa olundu və bu gün artıq dünyada və
ölkədə yürüdülən uğurlu siyasətin nəticəsində Müstəqil Azərbaycanın geopolitik liderliyi təsbit olundu. Artıq bundan sonra da qədirbilən xalqımız düz 30 il əvvəl qurtuluş yolu olaraq edilən seçimini, Ulu öndərin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin tarixi xoşbəxtliyini yaşayacaqdır.Xalqımız və zaman 3 oktyabr seçkilərinin tariximizdə yerini və böyük zirvələrə gedən yolun başlanğıcı olduğunu bir daha təsdiq etdi.Bu gün zəfər və şərəf salnaməsinin başlanğıc günü oldu.Mən sonda vurğulayım ki, hər- biri azərbaycanlı qüdrətli və güclü ölkəmiz olan Azərbaycana görə 30 il öncəki xalqın seçiminə və bu seçimi tarixi uğura, zəfərə çevirən, əsrinin dühası, idealım olan, Xalqının və dövlətinin xilaskarı Ulu Öndər Heydər Əliyevə əbədi borcludur !
Beləliklə 3 oktyabr tarixi ilə, şanlı zəfərimizə gedən uğurlu yolun əsası qoyuldu.
Ulu öndərin ruhu şad olsun!
YAP Saatlı 15 saylı ƏPT-n sədri
Məmmədov Vüqar.