Prezidentin qətiyyəti növbəti qələbələrimizə yol açır.
Gündəm / Cəmiyyət
28-10-2024, 23:04
1 090
Prezident İlham Əliyev 2024 ci ilin Oktyabr ayının 24-də Rusiya Federasiyasının Kazan şəhərində XVI BRICS Sammitinin, “BRICS+” formatının ilk iclasında çıxışı zamanı dövlətimiz üçün bir neçə əsas hesab olunan müddəaya öz qətiyyəti və prinsipial fikrini bildirdi.Burdan qeyd etmək istəyirəm ölkəmiz bütün beynəlxalq görüşlərdə və münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır.Ümumiyyətlə heç bir-bir tərəfin, dövlətin və dövlətlərin deyil,sadəcə özünün milli maraqlarının arxasında duraraq, beynəl-xalq münasibətlərdə bərabərliyin lehinədir.Bu tərz yanaşma yürüdülən xarici suyasətimizə milli-dövlət maraqlarımızı qorumaqda müsbət nəticə gətirir və eyni zamanda da vaxtında, dəqiqliklə atılmış addım hesab olunur.Biz artıq bunu beynəlxalq təşkilatlara sədrlik edərkən yəni
çoxtərəfli, çoxqütblü xarici siyasət yürütdüyümüzü və bunun müsbət nəticə ilə yekunlaşdığını bütün dünyaya nümayiş etdirmişik. Məhz bu nəticə, ölkəmizdə Qətiyyətli Prezidentimiz İlham Əliyevin uğurla yürütdüyü,ulu öndər Heydər Əliyev siyasi kursunun tərkib hissəsi olan çoxtərəfli xarici siyasətinin səmərəliliyinin bariz göstəricisidir.
Mən xüsusi olaraq vurğulamaq istəyirəm ki, həqiqətəndə ölkəmiz bölgədə çox əlverişli coğrafi mövqeydə yerləşərək, bu yürüdülən universal siyasətlə böyük siyasi-iqtisadi faydalar əldə edir və strateji baxımnan əhəmiyyət kəsb edir.Bax elə bu da Müstəqil AZƏRBAYCANIMIZI Avrasiya qitəsinin çox mühüm nəqliyyat qovşağına çevirir və ölkəmizə nəinki coğrafiyamızda, bütün dünyada ehtiyyac yaradır.Bu isə ölkəmizin dünyada mövqeyimizin möhkəmlənməsinə səbəb olur.Haqlı olaraq yazılarımın birində, vətənimiz Azərbaycanın bütün yeraltı və yerüstü təbii sərvətlərindən də qiymətli sərvəti olan ulu öndər Heydər Əliyev siyasi kursu olduğunu qeyd etmişdim.Hazırda dünyada və bölgədə cərəyan edən bu gərginlik,
müharibələr zamanla haqlı olduğumu göstərdi.Məhz həmin sabitliklə bütün sərvətlərimizdən inkişafımız üçün istifadə edə bilir və bütün sahələrdə daxilili-xarici kursu müəyyənləşdirə bilirik.Bunun memarı isə Azərbaycanın suverenliyinin təminatçısı, ərazi bütövlüyümüzü tam bərpa edən, son 200 illik tariximizdə heç-bir sərgərdənin mümkün edə bilmədiyini, mümkün edən Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevdir!
Bir məqamıda qeyd etmək istəyirəm ki, Beynəlxalq tədbir olan COP 29 tədbirinin ölkəmizdə keçirilməsinə bütünlüklə səs verilməsi, elə Prezident İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzunu göstərir. Lakin tədbirin ölkəmizdə keçirilməsinə səs verdikdən və bu qərar alındıqdan sonra öljəmizə qarşı bəzi avropa dövlətlərinin, onların rəhbərlərinin haqsız-ədalətsiz mövqeyi qəbuledilməzdir.Qısa olaraq bu qərəzli mövqeyə, cənab Prezidentin verdiyi reaksiyanı qeyd etmək istəyirəm; "Azərbaycanı, bölgədə və dünyada bütün məsələlərdə kənarlaşdırmaq istəyənlərin həvəsləri, qursaqlarında qalacaqdır! Antiazərbaycan
qüvvələri üçün Azərbaycanın bu günki günü yas günüdür, matəm günüdür, yəni necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi. Heç kimnən qorxmadan, heç kimnən soruşmadan, heç kimi saymadan, öz gücü, öz övladlarının fədakarlığı hesabına öz torpaqlarını bərpa etdilər.Bax bunu bizə bağışlaya bilmirlər.Elə buna görə də Azərbaycana sanksiyalar tətbiq edirlər, ondan sonra da deyirlər ki, gəlin dostluğumuzu möhkəmləndirək.Mən deyirəm ki, bizim dostumuz odur ki, bu günümüzə sevinir və bu günü qəbul etməyən bizim dostumuz ola bilməz!"
Sonda əminliklə bildirmək istəyirəm ki, cənab Prezidentin uğurla yürütdüyü daxili və xarici siyasətin əsas tərkib hissəsi bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasından ibarətdir. Beləliklə müasir və müstəqil Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan,Qətiyyətli Prezident İlham Əliyevin uzaqgörən və çevik rəhbərliyi altında heç bir ölkəyə daxili işlərimizə qarışmağa qətiyyən imkan verməyəcəkdir ! Məhz bu da belə boş,
cəfəng xəyallara düşənlərə birbaşa xəbərdarlıqdır! Cənab Prezident bu siyasəti ilə növbəti dəfə, son Rusiya Federasiyasının Kazan şəhərinə səfəri zamanı, XVI BRICS Sammitində iştirakı ilə də nümunə olduğunu açıq-aşikar göstərdi.
Vüqar Məmmədov
YAP Saatlı rayonu 15 saylı Ərazi Partiya Təşkilatının sədri, UNEC-n məzunu