Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
Gündəm / Aktual
Bu gün, 18:05
23
Son illər ölkəmizdə qanunsuz tikililər və onların doğurduğu fəsadlarla bağlı ölkə mediasında çoxlu sayda məqalələlər yer alamqdadır. Media və sosial mediada yer alan məqalə və məlumatlaırn təhlili onu deməyə əsas verir ki, bu gün respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
Rayonun sabiq icra başçısı Bədəl Bədəlovun zamanında bu problem kifayət qədər aktual olsa da, günümüzdə məlum problemin bütün sərhədləri aşdığı, yeni bir mərhələyə yüksəldiyi göz önündədir. Rayonda qanunsuz tikililərin artması onu deməyə əsas verir ki, burada icazəsiz tikililərin inşası üçün əlverişli mühit mövcuddur. Əgər belə olmasaydı, o zaman Suraxanıda qanunsuz tikililər “ayaq açıb yeriməzdi”.
Rayonda qanusnuz tikililərin artması yaşıllıqların və açıq sahələrin azalması, yol və səkilərin daralması, tıxacların artması, digər vətəndaşların haqq və hüquqlarının pozulması ilə paralel müşahidə edilir ki, bu da rayon sakinləri tərəfindən haqlı narazılıqla qarşılanır.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu prosesə qarşı mübarizə aparmalı olan rayon icra hakimiyyəti isə daha çox cəmiyyətin tələbatını ödəməyə xidmət edən tikililərin söküntüsü ilə məşğuldur. Buna nümunə olaraq Hövsanda mərasim zalının sökülməsini göstərmək olar.
Qeyd edək ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adı mediada əsasən tənqid xarakterli məqalələrdə yer alır. İcra başçısının yaxın keçmişdə yarıtmaz fəaliyyətinə görə töhmət aldığı da media və sosial medidada yer alan məlumatlar sırasındadır. Bütün bunlar onu göstərir ki, Suraxanıdakı problemlərin həlli daha yüksək səviyyədə inzibati müdaxilə tələb edir. Yalnız belə olan təqdirdə rayon daxilində nizam yaratmaq, qanunsuz tikililərə qarşı effektiv mübarizə aparmaq mümkündür.(Teref.fun)
Lalə
