19 yaşlı tələbə qəfil vəfat etdi - Foto

Gündəm / Hadisə
18-11-2024, 10:49 463

Qubada tələbə qəfil dünyasını dəyişib.

Hadisə rayonun Rustov kəndində baş verib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 3-cü kurs tələbəsi 19 yaşlı Ləman Osmanova dünən yaşadığı evdə ürəktutmadan vəfat edib.

Faktla bağlı araşdırma aparılır.