Yeni Azərbaycan Partiyası Bələdiyyə seçkilərində Zəfəri qazanacaqdır.

Gündəm / Sosial
27-01-2025, 12:34 863

Növbəti, 29 yanvar 2025 ci il tarixdə ölkəmizdə keçiriləcək Bələdiyyə seçkiləri hüququn aliliyi qorunmaqla və gərgin rəqabət şəraitində keçəcəkdir. Əvvəla Bələdiyyə, özünüidərəetmə orqanı haqqlnda bildiklərimi sizinlə bölüşmək və öyrənmək istəyirəm.Müstəqil AZƏRBAYCANIN xilaskarı, qədirbilən xalqının son ümidi Ulu öndər Heydər Əliyevin xalqının təkidli çağrışı ilə ölkə rəhbərliyinə qayıdışından sonra həyata keçirilən demokratik islahatların davamı olaraq ölkəmizdə yerli özünüidarəetmə institutu, Bələdiyyələr yaradıldı və 1999-cu ilin dekabr ayında Bələdiyyələrə ilk dəfə olaraq seçkilər keçirilmişdir. Az vaxtda bələdiyyələrin fəaliyyətini tənzimləyən

qanunvericilik bazası yaradılaraq bələdiyyələrə geniş səlahiyyətlər verildi.
Əsas qanunumuz olan Konstitusiyamızın 142-ci maddəsinə görə Azərbaycanda yerli özünüidarəni, Bələdiyyələr həyata keçirir. Bələdiyyələr də seçkilər əsasında müəyyən edilir və yaradılır.

Çünki Bələdiyyələrin fəaliyyəti haqqında yeni qanunvericilik aktlarının, xüsusilə də Prezident İlham Əliyevin Bələdiyyələrin birləşməsi, Bələdiyyə əraziləri və torpaqları barədə yeni və mükəmməl sərəncamların imzalanması bələdiyyələrin işində iştirak edənlərin sayının artmasına imkan verəcək-
dir.Qeyd etmək istəyirəm ki, namizədlərin sayının çox olması seçkilərin təşviqat kampaniyasının gərgin keçəcəyindən xəbər verir.Bu günlərdə Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanununa əlavə edilmiş

dəyişikliklərlə bağlı sərəncam imzalamışdır.
Prezident Nazirlər Kabinetinə tapşırıb ki, üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə”Azərbaycan Respublikasın ın Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Prezidentə təqdim etsin.Xüsusi qeyd edim ki, artıq ölkəmizdə azad, demokratik seçki ənənəsi mövcuddur
.Həmin bu ənənənin əsası isə xilaskarımız Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra qoyulmuşdur.Xatirimdədir, ölkəmizin tarixində ilk demokratik, xalqımızın iradəsinə əsaslanan seçkilər məhz 1993-cü il oktyabr ayının 3-də keçirilmişdir.

Oktyabr ayının 3-də keçirilən Prezident seçkilərində ölkə əhalisinin mütləq əksəriyyəti xalqımızın xilaskarı,dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevə səs verməklə, onun Prezident seçilməsinə dəstək olmuşdur. Qürurla qeyd edirəm ki, ölkəmizdə seçki proseslərində də ənənə dəyişmədi, əksinə daha da təkmilləşdi və nümunəvi, heç bir qüsura yol verilməyən seçki oldu.2003-cü ilin 15 oktyabr ayında keçirilən Prezident seçkilərində xalqımız Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə tam olaraq etimad göstərdi, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi-kursu davam etdirilməsinə dəstək göstərdi.2008-ci 15 oktyabr, 2013-cü il 9 oktyabr, 2018-ci il 11 aprel və nəhayət 2024-cü ilin fevral ayının 7-də keçirilən prezident seçkilərinin mütləq qalibi, Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu.Özüm şəxsən şahidi olduğum

bir məqamı xüsusi vurğulamaq istəyirəm ki,qədirbilən xalqımız bu seçkiyə Zəfər Seçkisi adı verdi.Bütün dünya ölkələrinin Azərbaycanda şəffaf və demokratik şəraitdə baş tutan prezident seçkilərini böyük diqqət, maraqla izlədiyini, xalqımızın axın-axın seçki məntəqələrinə gedərək səsvermədə yüksək əhval-ruhiyyədə iştirak etdiyini və tarixi torpağımız olan Qarabaği işğaldan azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlıq borcunu sevinc hissiylə yerinə yetirdiyinin bir daha şahidi olduq.Bələdiyyə seçkiləridə iqtidarın yürütdüyü uğurlu siyasətin tərkib hissəsidir.Bu seçkilərə böyük marağ həm də ondan irəli gəlir ki, insanlar ərazilərin inkişafında dövlətin dəstəyinə inanır və arxalanırlar. İnanırlar ki, irəli sürülən təşəbbüslər, təqdim olunan layihələr dövlət tərəfindən dəstəklənəcəkdir. Bələdiyyələrin sayının azaldılması və fəaliyyətinin daha

da güclənməsinə xidmət edən qanunların qəbulu Bələdiyyələrə inamı artırmışdır. Yəni yuxarıda qeyd etdiyim kimi, Bələdiyyə seçkiləri yüksək fəallıqla baş tutacaqdır. Əminik ki, bu dəfəki seçkilərində qalibi nəinki ölkədə, bölgədə və dünyada böyük siyasi nüfuza malik, xalqın və haqqın partiyası olan Yeni Azərbaycan Partiyası olacaqdır.Çünki xalqın seçimi yalnız Yeni Azərbaycan Partiyasıdır! Ona görə ki, xalq Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu və ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasın a dərin hörmət və inam bəsləyir. Bu inam 21 noyabr 1992-ci ildə dahi Öndərimiz Heydər Əliyevin müəllifliyi ilə YAP yarandığı dövrdən qoyulmuşdur.O dövrdən də bu günə qədər inam və mövqe dəyişmə-mişdir.Söz yox ki, bu inam və etimad Azərbaycan dövləti var olduqca da dəyişməz qalacaqdır. Bu baxımdan demək

olar ki, azad və demokratik şəraitdə baş tutacaq Bələdiyyə seçkilərinin də qalibi Cənubi Qafqazın lider partiyası Yeni Azərbaycan Partiyası olacaqdır.Artıq doğma partiyamız, YAP böyük sürətlə Bələdiyyə seçkilərinə hazırlığa başlamış və təşviqat kampaniyasını yekunlaşdırmaq üzrədir.Uğurla aparılan təbliğat və təşviqat kompaniyamız isə zəfərimizlə başa çatacaqdır.Respublika üzrə, eyni zamanda da Saatlı rayonumuz üzrə YAP-n namizədlə-
rinə uğurlar arzu edirik!

YAP Saatlı rayonu 15 saylı ƏPT-n sədri Vüqar MƏMMƏDOV.