Saatlı Gəncləri rayonumuzun ictimai-siyasi həyatında çox fəaldırlar.

Gündəm / Sosial
Bu gün, 04:30 67

Gənclərimiz rayonda ,2 fevral Gənclər Günü ilə bağlı Saatlı Rayonu İH-n təşkilatçılığı ilə hər il Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbiglər və toplantılar keçirir,o tədbirlərdə də çox aktiv iştirak edirlər.Hər il keçirilən tədbir iştirakçıları ilk öncə rayonumuzun Heydər Əliyev Parkında ulu öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edir-lər.

Tədbirlərdə çıxış edənlər dövlət gənclər siyasətinin icrası istiqamətində rayonumuzda görülən işlər, həyata keçirilən tədbirlərdən danışmış, gənc nəslin sağlam böyüməsinə və hərtərəfli inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.İcra başçımız və Saatlı rayonunun İdman Gənclər İdarəsinin rəsmiləri keçən, 2024-cu ildə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən gənclərin bir qrupuna fəxri fərmanlar və hədiyyələr təqdim edilir.Təcrübəyə baxsaq dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biridilər.Ümumiyyətlə Gənclərimiz cəmiyyətin ən dinamik təbəqəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Ölkəmizin də son illər dövlət siyasətinin əsas istiqamət-lərindən biri gənclər siyasətidir.Azərbaycan Respublikasının “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 5 may 2007-ci il tarixli Qanununa əsasən Azərbaycanda gənclər 14-29 yaşlarında hesab edilir.Ölkə əhalisinin 25,5 faizini təşkil edən gənclərin problemləri ölkə rəhbərliyinin, cənab Prezident İlham Əliyevin diqqət mərkəzindədir və qeyd edim ki, milli siyasətin prioritet məsələlərindən birinə çevrilmişdir.
Ölkəmizdə hər-bir gəncin özünə nümunə bildiyi Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyev hər zaman çıxışlarında vurğulayır ki, gənclər ölkənin ictimai-siyasi həyatında aktiv olmalıdırlar,savadlı, vətənə bağlı, müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır!Beləliklə ölkəmizin bütün şəhər və rayonlarında olduğu kimi, Saatlı rayonunun da Gəncləri, Azərbaycanın ictimai-siyasi həyatında çox fəal iştirak edirlər.
2 fevral Gənclər Günü münasibəti ilə Respublikamızın və Saatlı rayonunun bütün Gənclərini səmimi qəlbdən təbrik edirik! Uğurları davamlı olsun!

YAP Saatlı rayonu
15 saylı ƏPT-n sədri Vüqar MƏMMƏDOV.