Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi

Gündəm / Sosial
Bu gün, 16:31 28

Azərbaycanlı yazıçı, ssenarist və rejissor, Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva “CafeCity” restoranından şikayət edir.

O, bu barədə sosial mediada paylaşım edib.

S.Haqverdiyeva bildirib ki, o “Wolt” tətbiqi vasitəsilə sözügedən restorandan Sezar salatı sifariş edib, amma salatı bəyənməyib. Salatı yedikdən sonra dadının qəribə olduğunu və xoşagəlməz qoxu gəldiyini hiss edib.

Nəticədə isə onun mədəsi ağrıyıb, ürəyi bulanıb və başı gicəllənib. Həmçinin rejissor zəhərləndiyini də düşünür.(Ajans.az)