İcra Hakimiyyətinin qarşısına "Azərlotereya"nın köşkü qoyulub - FOTO

Gündəm / Sosial / Seçilmişlər
Bu gün, 10:14 170

Abşeron rayon İcra Hakimiyyəti ilə rayon mərkəzi poçtunun (ATS) qarşısına "Azərlotereya"nın köşkü qoyulub.

Bu barədə Mia.az-a oxucularımız foto göndəriblər.

Bildirilir ki, rayonun mühüm dövlət qurumlarının qarşısında, o cümlədən 1 saylı orta məktəbin çox yaxınlığında belə bir köşkün qoyulması xoş deyil: "İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev buna necə icazə verib? Yoxsa o, binaya arxadan girib-çıxır deyə binanın qənşərində, şəhidlər abidəsinin yerləşdiyi məşhur Rəsulzadə küçəsini də bazara çevirməyi düşünür?

Axı bu köşkün arxasında 1 saylı orta məktəb yerləşir. Niyə uşaqların gələcəyi qaraldılır? Kim zamanət verə bilər ki, sabah uşaqlar orada "qumar"a qurşanmayacaq? Ümid edirik ki, Abdin Fərzəliyev gec də olsa, səhvini ortadan qaldıracaq".

Mia.az